18-19 noyabr tarixlərində Şençjendə keçirilən APEC sammitinin yekun Bəyannaməsində Ukrayna və ya digər silahlı münaqişələrdən bəhs edilmir. APEC iqtisadi liderləri ticarət, enerji təhlükəsizliyi və rəqəmsal texnologiyalara daha çox diqqət yetiriblər.
NUHÇIXAN xəbər verir ki, sənəd Kremlin saytında dərc edilib. Zirvə toplantısının iştirakçıları Asiya-Sakit Okean Azad Ticarət Zonasının yaradılması istiqamətində işləri davam etdirmək niyyətlərini bir daha təsdiqləyiblər. Onlar, həmçinin enerji resurslarının və digər zəruri malların fasiləsiz təchizatı üçün açıq ticarət dəhlizlərinin vacibliyini vurğulayıblar.
Liderlər 2027-2030-cu illər üçün APEC Ticarət Rəqəmsallaşdırma Çərçivəsini alqışlayıblar, habelə bölgədə məşğulluğu dəstəkləmək və həyat səviyyəsini yaxşılaşdırmaq üçün süni intellektdən, digər inkişaf etməkdə olan texnologiyalardan istifadə ilə bağlı bəyanatı təsdiqləyiblər.
