Çin, Rusiya və ABŞ liderlərinin üçtərəfli sammiti müsbət, konstruktiv və məhsuldar keçib.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampla görüşündə bildirib.
Çin lideri qeyd edib ki, üç ölkə dünya sülhünün qorunması məsələsində ortaq mövqeyə malikdir və əldə olunan razılaşmalara əməl etməlidir. O, tərəfləri dialoqu və əməkdaşlığı gücləndirməyə, sülhün qorunması istiqamətində birgə səyləri davam etdirməyə çağırıb.
