Poniçaladakı partlayışdan 8 saat sonra 3 yaşlı uşaq dağıntılar altından sağ çıxarılıb

A- A A+

Tbilisinin Poniçala rayonunda yaşayış binasında baş verən qaz partlayışından təxminən 8 saat sonra xilasedicilər dağıntılar altından 3 yaşlı uşağı sağ çıxarıblar.

NUHÇIXAN xəbər verir ki, uşaq təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb. Onun səhhətinin qənaətbəxş olduğu bildirilir.

Fövqəladə Halların İdarə Edilməsi Xidmətindən verilən məlumata əsasən, hadisə yerində axtarış-xilasetmə əməliyyatları davam edir.

Xilasedicilər dağıntılar altından bir qadının və azyaşlı uşağın meyitini də aşkarlayıblar.

Tbilisi meri Kaxa Kaladze və daxili işlər naziri Sulxan Tamazaşvili səhər saatlarından etibarən hadisə yerindədirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: