Zelenski: Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib

A- A A+

Rusiya atəşkəslə bağlı hər hansı təklifi qəbul etməkdən imtina edir. Bu il ərzində Moskva bütün atəşkəs təşəbbüslərini rədd edib.

NUHÇIXAN xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Berlində keçirilən “Könüllülər Koalisiyası”nın iclasından sonra təşkil olunan mətbuat konfransında bildirib.

Zelenskinin sözlərinə görə, “Könüllülər Koalisiyası”nın iclasında Ukrayna üçün beş prioritet müzakirə olunub. Bunlardan birincisi hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi olub.

Prezident qeyd edib ki, bu ilin yayın ortalarından etibarən Rusiya, xüsusilə ballistik raketlərdən istifadə etməklə, Ukraynaya hücumlarını davamlı olaraq artırır.

O vurğulayıb ki, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün konkret birgə tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Bununla belə, Rusiya il ərzində bütün atəşkəs təkliflərini rədd edib.

"Bunlar sadəcə sözlər deyil. Rusiya il ərzində bütün deeskalasiya təkliflərini rədd edib. Müxtəlif tərəfdaşlar bu məsələ ilə bağlı Rusiyaya müraciət ediblər, lakin Putin bütün təkliflərdən imtina edib”, – deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Rusiyaya Qara dənizdə gərginliyin azaldılması, enerji sahəsində deeskalasiya və digər atəşkəs formatları ilə bağlı təkliflər təqdim olunub.

“Rusiya bütün bu təkliflərə eyni cavabı verdi – imtina etdi”, – deyə Ukrayna Prezidenti əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: