Zelenski: Ukrayna Qərb tərəfdaşlarından 115 milyard dollar maliyyə yardımı almağa ümid edir

A- A A+

Ukrayna 2027-ci ildə Qərb tərəfdaşlarından 115 milyard dollar maliyyə yardımı almağa ümid edir.

NUHÇIXAN xəbər verir ki, bunu Vladimir Zelenski Berlində keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, əvvəlcə 45 milyard dollar yardım nəzərdə tutulsa da, hərbi rəhbərlik və Müdafiə Nazirliyi ilə məsləhətləşmələrdən sonra əlavə 70 milyard dollara ehtiyac olduğu müəyyənləşib.

Zelenski qeyd edib ki, Kiyevin 2028-ci ildə də oxşar məbləğdə maliyyə dəstəyinə ehtiyacı ola bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: