Kiril Valçev Bolqarıstan Xəbər Agentliyinin rəhbəri vəzifəsindən istefa verəcək

A- A A+

Bolqarıstan Xəbər Agentliyinin (BTA) baş direktoru Kiril Valçev istefa ərizəsini parlament sədrinə təqdim edəcəyini bildirib. O, Bolqarıstanın vitse-prezidenti seçildiyini təsdiq edən sənədi gələn həftə Mərkəzi Seçki Komissiyasından alacağını qeyd edib.

NUHÇIXAN BTA-ya istinadla xəbər verir ki, Valçev bu barədə parlamentin Mədəniyyət və media komitəsinin iclasında çıxışı zamanı məlumat verib. O, yeni baş direktor seçilənədək vəzifələrini müavini Yevgeniya Drumevanın icra edəcəyini bildirib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: