Gürcüstanda Poniçala faciəsi ilə bağlı noyabrın 22-si matəm günü elan olunub

A- A A+

Gürcüstan hökuməti Aşağı Poniçalada yaşayış binasının uçması nəticəsində həlak olanların xatirəsinə noyabrın 22-ni ölkədə matəm günü elan edib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Gürcüstan hökuməti məlumat yayıb.

Hökumətin qərarına əsasən, matəm günü ilə əlaqədar ölkə ərazisində dövlət bayraqları aşağı endiriləcək.

Qeyd edək ki, noyabrın 19-da Poniçalada yaşayış binasının beşinci mərtəbəsində təbii qazın toplanması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: