Çin geoloqları 3,95 milyard il yaşı olan və Asiyada indiyədək aşkar edilmiş ən qədim süxurları müəyyən ediblər. Kəşf Yer kürəsinin erkən geoloji təkamülünün öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
NUHÇIXAN “Sinxua” informasiya agentliyinə istinadla xəbər verir ki, Çin Geologiya Elmləri Akademiyasının rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aşkar edilən süxurlar ölkənin Hebey əyalətinin şərq hissəsində tapılıb.
Tədqiqatın nəticələri 3,95 milyard il əvvəl Yer kürəsində subduksiya ilə əlaqəli tektonik proseslərin mövcud olduğunu göstərir.
Qeyd edək ki, bundan əvvəl dünyanın ən qədim məlum süxurları Kanadada aşkar edilmiş, onların yaşının təxminən 4 milyard il olduğu müəyyənləşdirilmişdi.
Tədqiqatın nəticələri “Nature” jurnalında dərc olunub.
