Britaniyada ölkə miqyasında gizli kibertəhlükəsizlik əməliyyatı keçirilib

A- A A+

Böyük Britaniyada iri supermarketlərdə, anbarlarda, restoranlarda, yanacaqdoldurma məntəqələrində və stadionlarda istifadə olunan on minlərlə soyuducu və dondurucu sisteminin haker hücumlarından qorunması məqsədilə ölkə miqyasında gizli kibertəhlükəsizlik əməliyyatı həyata keçirilib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, son dövrlərdə Avropada baş verən silsilə kiberhücumlar nəticəsində yüzlərlə mağazada tonlarla ərzaq məhsulu xarab olub və milyonlarla funt sterlinq məbləğində maddi ziyan dəyib.

Fransa hakimiyyəti ölkədəki supermarketlərə təsir göstərən kiberhücum dalğalarından birinə görə İranı ittiham edib. Rəsmi Tehran isə bu iddiaları rədd edib. İndiyədək Böyük Britaniyanın soyuducu sənayesində fərqli texnoloji avadanlıqlardan istifadə olunduğu üçün ölkənin bu cür hücumlardan böyük ölçüdə qorunduğu düşünülürdü. Lakin aparılan araşdırmalar zamanı sektorda ciddi təhlükəsizlik boşluğunun mövcud olduğu müəyyən edilib. Oktyabrın sonlarında kibertəhlükəsizlik üzrə tədqiqatçılar soyutma sistemlərində hakerlər tərəfindən aşkar ediləcəyi təqdirdə ölkə miqyasında daha ağır nəticələrə səbəb ola biləcək ciddi zəiflik müəyyən ediblər. Bundan sonra kibertəhlükəsizlik mütəxəssisləri, informasiya texnologiyaları qrupları və Böyük Britaniyanın Milli Kibertəhlükəsizlik Mərkəzi (NCSC) onlarla şirkəti mümkün təhlükə barədə xəbərdar etmək və sistemlərdəki boşluqları aradan qaldırmaq üçün fasiləsiz fəaliyyət göstəriblər.

BBC qeyd edib ki, hakerlərin mövcud zəiflikdən xəbər tutaraq ondan sui-istifadə etməsinin qarşısını almaq məqsədilə genişmiqyaslı əməliyyat barədə məlumat indiyədək ictimaiyyətə açıqlanmayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: