Kiyevə raket hücumu nəticəsində üç nəfər həlak olub, 15 nəfər yaralanıb - FOTOLAR
Rusiya qoşunlarının raket hücumu nəticəsində Kiyevdə üç nəfər həlak olub, 15 nəfər yaralanıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyası “Telegram” kanalında məlumat yayıb.
“Təəssüf ki, düşmənin paytaxta hücumu nəticəsində üç nəfər həlak olub”, – deyə məlumatda bildirilir.
Şəhər meri Vitali Kliçko xəsarət alanların sayının 15 nəfərə çatdığını bildirib.
“Hələlik üç nəfərin həlak olduğu məlumdur. İlkin məlumata görə, onlar “Kiyevvodokanal”ın əməkdaşlarıdır. Xəsarət alanlar da var. İlkin məlumata əsasən, onların sayı təxminən 15 nəfərdir”, – deyə o yazıb.
Qeyd edək ki, bu gecə Rusiya qoşunları Kiyevi ballistik raketlərlə atəşə tutub, şəhərin bir neçə rayonunda yanğın baş verib. Zərbələr nəticəsində Podolsk-Voskresensk və Darnitsa körpülərində zədələnmələr qeydə alınıb, həmçinin kritik infrastruktur obyektinə ziyan dəyib.