Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Samvel Mkrtçyanın Rusiyaya səfir təyin edilməsi haqqında fərman imzalayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Sənəd Ermənistan Baş nazirinin təklifi əsasında imzalanıb.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan olub. O, 2024-cü il avqustun 14-də bu vəzifəyə təyin edilmişdi.
