Milanda 20 min nəfər yaşayış xərclərinin artmasına qarşı etirazlara çıxıb

A- A A+

Milanda (İtaliya) tələbələrin etirazları başlayıb - Duomo meydanı istiqamətində 15 min nəfər yürüş edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Corriere Della Sera" nəşri məlumat yayıb.

Bildirilib ki, onlara Ümumi İtaliya Əmək Konfederasiyasının (CGIL) daha 5 min nümayəndəsi qoşulur.

Onlar hökumətin sosial-iqtisadi siyasətinə, yaşayış xərclərinin artmasına, məktəb və universitetlərin, eləcə də səhiyyə sahəsinin maliyyələşdirilməsinin azaldılmasına qarşı çıxış edirlər.

Etirazlarla əlaqədar ictimai nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Qeyd edək ki, bu gün bütün İtaliyada ümumi tətil gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: