ABŞ Federal Təhqiqat Bürosu (FTB) Milli Cinayətkarlıq Kəşfiyyat Mərkəzinin (NCIC) məlumat bazasına edilən haker hücumu ilə bağlı araşdırma aparır.
NUHÇIXAN xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Məlumata görə, NCIC məlumat bazasından ABŞ üzrə hüquq-mühafizə orqanları axtarış orderləri barədə məlumat mübadiləsi və şəxslərin yoxlanılması üçün istifadə edir.
Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. FTB də məsələ ilə bağlı şərh verməyib.
CNN qeyd edir ki, bu, son aylarda FTB-nin informasiya sistemlərinə qarşı qeydə alınan ikinci kiberhücum hadisəsidir. Sentyabrın əvvəlində “Shiny Hunters” haker qrupu FTB-nin minlərlə hazırkı və keçmiş əməkdaşının şəxsi məlumatlarını ələ keçirdiyini bildirmişdi. Həmin hücum işə qəbul üçün müraciət edənlərə aid məlumatların saxlandığı onlayn portala yönəlmişdi.
