Tramp “Nvidia”nın keçmiş rəhbərinin vəzifəsinə qaytarılmasını istəyir

A- A A+

ABŞ Prezidenti Donald Tramp “Nvidia” şirkətini keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə və onu yenidən vəzifəsinə qaytarmağa çağırıb.

NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə Ağ Evdə keçirilən mətbuat konfransında danışıb. O, Huanqa dünyanın ən ağıllı insanlarından biri kimi qiymət verərək, şirkətin onun üzrxahlığını qəbul edib yenidən işə götürməsini arzuladığını bildirib.

ABŞ Prezidenti bu məsələni Çin Sədri Si Cinpinlə də müzakirə etdiyini söyləyib. Onun sözlərinə görə, Si Cinpin də Huanqa yüksək qiymət verib.

Qeyd edək ki, noyabrın 12-də Censen Huanq casusluq şübhələri ilə bağlı qalmaqal fonunda “Nvidia”nın baş direktoru vəzifəsindən və şirkətin direktorlar şurasından istefa verib. Çin Xarici İşlər Nazirliyi onun Çin kəşfiyyatı ilə əlaqələndirilməsi barədə iddiaları təkzib edərək böhtan adlandırıb. “Nvidia”nın direktorlar şurası isə Huanqı yenidən baş direktor vəzifəsinə qaytarmaq niyyətində olmadığını açıqlayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: