Azərbaycan parataekvondoçusu dünya çempionatının bürünc medalını qazanıb

A- A A+

Cənubi Koreyanın Muju şəhərində parataekvondo üzrə dünya çempionatının ikinci günü keçirilir.

Milli Paralimpiya Komitəsindən NUHÇIXAN-a verilən məlumata görə, K44 kateqoriyası, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov bürünc medal qazanıb.

Paralimpiya çempionumuz 1/8 finalda almaniyalı Kolja Grabe, 1/4 finalda isə türkiyəli Yusuf Yünaçtını 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Yarımfinalda meksikalı Juan Garcia ilə qarşılaşan İmaməddin Xəlilov rəqibinə məğlub olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: