Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı qərar dekabrın əvvəlində verilə bilər

A- A A+

Polşada ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı qərarın dekabrın əvvəlində açıqlanacağı gözlənilir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik “Polsat” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp dekabrın ilk günlərində Amerikanın Avropadakı hərbi mövcudluğu, o cümlədən Polşadakı hərbi bazalarla bağlı qərar verə bilər.

Qeyd edib ki, Polşa tərəfi layihənin maliyyələşdirilməsi və texniki məsələlərin razılaşdırılması istiqamətində zəruri işləri görüb. Hazırda yekun qərar ABŞ Prezidentindən asılıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: