Fin körfəzində iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib

A- A A+

Fin körfəzinin neytral sularında iki PUA Kalininqrada gedən yük gəmisinə hücum edib.

NUHÇIXAN Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

"Fin körfəzinin neytral sularında, Rusiya Federasiyasının sərhədindən üç dəniz mili məsafədə, Kalininqrad şəhərinə gedən yük gəmisinə iki PUA-dan istifadə edilməklə hücum edilib", - o bildirib.

Onun sözlərinə görə, hazırda heyətin təxliyəsi həyata keçirilir. Nəticələr dəqiqləşdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: