Danimarka Aİ-yə Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasını təklif edib

A- A A+

Danimarka Avropa İttifaqı (Aİ) ölkələrini “Rusiya ilə qarşıdurmada Avropanın gücünü nümayiş etdirən konkret addımlar atmağa” çağırıb. Kopenhagen Rusiya vətəndaşlarına turist vizalarının verilməsinin dayandırılmasını, həmçinin qeyri-biometrik pasportların tanınmamasını təklif edir.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, müraciət noyabrın 20-si axşam saatlarında Aİ ölkələrinin hökumətlərinə göndərilib. Danimarka öz təkliflərini noyabrın 23-də Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin görüşündə rəsmi olaraq təqdim etmək niyyətindədir.

Xatırladaq ki, bir gün əvvəl Danimarka Rusiya hərbi attaşesini “persona non qrata” elan edib. Danimarka hakimiyyəti diplomatın ölkədən çıxarılmasına səbəb kimi ukraynalı bloger və musiqiçi Albert Vasilyevə (“Kiyevstoner” təxəllüsü ilə tanınır) qarşı sui-qəsdin hazırlanmasını göstərib. Sui-qəsddə iki Danimarka vətəndaşı şübhəli bilinir. Danimarka tərəfi şübhəlilərin Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini iddia edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: