ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Tehran arasındakı münaqişənin həlli ilə bağlı əldə olunacaq razılaşma daimi xarakter daşımalıdır.
NUHÇIXAN-ın məlumatına görə, Ağ Ev rəhbəri bu barədə “Fox News” telekanalına müsahibəsində deyib.
“Mən daimi olacaq saziş bağlayacağam. Onların nüvə silahı əldə etməsinə icazə verməyəcəyəm”, - deyə Donald Tramp vurğulayıb.
ABŞ Prezidenti, həmçinin İranda hakimiyyət dəyişikliyində maraqlı olmadığını qeyd edib.
