ABŞ-da hər il bir milyona yaxın kibertəhlükəsizlik insidenti qeydə alınır

A- A A+

ABŞ-da hər il təxminən bir milyon kibertəhlükəsizlik insidenti barədə müraciət qeydə alınır.

NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Milli Kəşfiyyatının direktoru Cey Kleyton CNN telekanalının efirində bildirib.

"Amerikalılar kibertəhdidlərin real olduğunu başa düşməlidirlər. 2020-ci ildə Federal Təhqiqatlar Bürosuna (FTB) təxminən 800 min kibertəhlükəsizlik insidenti barədə məlumat daxil olmuşdu. Son məlumatlara görə, bu rəqəm bir milyona çatıb", – o deyib.

Kleyton bununla yanaşı, kibertəhdidlərin sayının artmasına baxmayaraq, ABŞ-ın kibertəhlükəsizlik sahəsində lider mövqeyini qoruyub saxladığını vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: