Fransanın PSJ klubu gənc cinah oyunçusu Dezire Duenin çarpaz bağlarının yırtılması səbəbindən əməliyyat olunacağını açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, klubun yaydığı məlumatda “Nitsa” üzərində 3:2 hesablı qələbə ilə başa çatan çempionat matçında zədələnən futbolçunun sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlandığı bildirilib.
Fransalı futbolçunun noyabrın sonunadək əməliyyat olunacağı qeyd edilib. 21 yaşlı oyunçunun uzun müddət yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Qeyd edək ki, Due cari mövsümdə PSJ-nin heyətində 15 oyunda meydana çıxıb və 6 qol vurub.
