Dağıstanda qəza səbəbindən 40 mindən çox insan işıqsız qalıb

A- A A+

Rusiya Federasiyasının Dağıstan Respublikasında baş verən qəza nəticəsində 40 mindən çox sakin elektrik enerjisiz qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

Məlumatda qeyd olunur ki, elektrik kəsilməsinin səbəbi araşdırılır. İlkin məlumata görə, ümumilikdə 196 yaşayış məntəqəsi, 44 min 735 abonent elektriksiz qalıb.

Problemin aradan qaldırılması üçün mütəxəssislər briqadası iş aparır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: