ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunmayacağı təqdirdə, yeni ildən sonra bu ölkəyə hərbi zərbələr endirməyə meyilli olduğunu bildirib.
NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının müxbiri Trey Yingst ilə telefon danışığı zamanı açıqlama verib.
“İranlılar peşəkar şəkildə yayınırlar. Onlar daim danışırlar. Bütün etdikləri danışmaqdır, amma bunların hamısı boş söhbətdir”, - deyə o əlavə edib.
