Serbiyada prezident seçkiləri dekabrın 27-də keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, bunu Serbiya Prezidentinin səlahiyyətlərini icra edən, Milli Assambleyanın sədri Aleksandr Çupiç açıqlayıb.
O, N1 telekanalına müsahibəsində tələbələrin irəli sürdüyü namizədlər siyahısında prezidentliyə namizədin olduğunu bildirib, lakin onun adını açıqlamayıb.
