İndoneziya hakimiyyəti bazar ertəsi günü şirniyyat fabrikində baş verən yanğında 24 nəfərin öldüyünü təsdiqləyib. Yanmış binanın dağıntıları altındakı qeyri-sabit konstruksiyaları aradan qaldıran xilasedicilər itkin düşmüş təxminən 30 nəfəri axtarmağa davam edirlər.
NUHÇIXAN xəbər verir ki, hakimiyyət orqanları şənbə axşamı Banten əyalətinin Çikanda şəhərindəki “PT Fonusa Agung Mulia” şirniyyat fabrikinin binasında baş verən yanğının səbəbini araşdırır.
“Reuters”in məlumatına görə, Prezidentin əmək məsələləri üzrə müşaviri Səid İqbalın sözlərinə görə, yanğına kondisionerdəki qısaqapanma səbəb ola bilər.
Şirkət təxminən 5000 nəfəri işlə təmin edir və daxili bazar üçün istehlak mallarının əsas təchizatçısıdır. Onun xaricdə dörd ofisi var.
Fabrikin baş direktoru Stiven Ervin Vidjaya şənbə günü bu müəssisədə təxminən 300 nəfərin növbədə olduğunu bildirib.
