Kubada həyat işıqsız da davam edir - FOTOLAR
Kubanın paytaxtı Havanada davam edən elektrik enerjisi böhranı sakinlərin gündəlik həyatına təsir göstərir.
NUHÇIXAN Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, noyabrın 22-də çəkilən fotolarda elektrik kəsintisi zamanı sakinlərin gündəlik həyatından görüntülər əks olunub.
Qeyd edək ki, Kuba təxminən iki ildir ciddi elektrik enerjisi böhranı ilə üzləşir. 2026-cı ilin yanvarında ABŞ hökumətinin adaya yanacaq tədarük edən ölkələrə sanksiyalar tətbiq etməklə hədələməsindən sonra vəziyyət daha da ağırlaşıb.