İtaliyada qırmızı vərəqə alan futbolçu meydana bıçaqla qayıtdığı üçün matç dayandırılıb

A- A A+

İtaliyada həvəskar komandalar – "Qalaktik Paolini" və "Atletik Partanna" arasındakı qarşılaşma meydandan kənarlaşdırılan oyunçunun bıçaqla geri qayıtmasından sonra yarımçıq dayandırılıb.

NUHÇIXAN  "La Repubblica"ya istinadən xəbər verir ki, hadisə noyabrın 22-də Siciliyanın Marsala şəhərində yerli həvəskar çempionatının IV turunun oyunu zamanı baş verib.

"Qalaktik Paolini"nin futbolçusu rəqib komandanın nümayəndələrini dəfələrlə təhqir edib, ardınca isə oyun dayandırıldıqdan sonra qarşı tərəfin üzvlərindən birini təpiklə vurub. Hakim ona qırmızı vərəqə göstərib və bundan sonra idmançı paltardəyişmə otağına yollanıb.

Çox keçmədən meydandan kənarlaşdırılan futbolçu qatlanan bıçaqla meydana qayıdıb. "Atletik Partanna" təmsilçilərinin sözlərinə görə, o, məşqçini, oyunçuları və klub rəhbərlərini hədələyib, daha sonra isə digər əlində soyuq silahı saxlamağa davam edərək kollektivin nümayəndələrindən birinin boynundan yapışıb.

Referi matçı birdəfəlik dayandırmaq qərarına gəlib. "Atletik Partanna"nın vitse-prezidenti polis çağırıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları şahidləri dindirib və insident iştirakçılarının şəxsiyyətini müəyyənləşdiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: