İspaniyanın "Real Madrid" komandasının futbolçusu Endrik yenidən zədələnib.
NUHÇIXAN klubun rəsmi saytına istinadən xəbər verir ki, müayinələr nəticəsində braziliyalı hücumçunun sol ayağının adduktor əzələsində zədə aşkarlanıb.
Forvardın yaşıl meydanlara qayıdacağı tarix açıqlanmayıb. Bildirilib kiI, futbolçunun vəziyyəti tibbi heyətin nəzarəti altında saxlanılacaq.
