“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

A- A A+

İspaniyanın “Barselona” komandasının UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda “Sabah”la keçiriləcək oyun üçün Bakıya gətirəcəyi futbolçuların adları açıqlanıb.

NUHÇIXAN  klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Azərbaycana 22 oyunçu ilə gələcək.

Siyahıda Joan Qarsiya, Voysex Şesni, Dominik Livakoviç, Joau Kanselu, Alexandro Balde, Pau Kubarsi, Jerar Martin, Jül Kunde, Erik Qarsiya, Aleks Kampos, Brayan Farinas, Qavi, Fermin Lopes, Pedri, Dani Olmo, Frenki de Yonq, Mark Bernal, Qabriel Jezus, Rafinya, Kərim Adeyemi, Entoni Qordon və Cessi Bisivu yer alıblar.

Qeyd edək ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək oyun saat 21:45-də start götürəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: