Məşhur “Forbes” dərgisi dünyanın ən bahalı brendlərinin növbəti reytinqini hazırlayıb.
NUHÇIXAN-ın xəbərinə görə, “Apple” brendi ardıcıl 8-ci dəfə birinci olub. Brend 182,8 milyard dollar dəyərində qiymətləndirilib. İl ərzində bu göstərici 8% artıb.
Sonrakı yerləri aşağıdakı brendlər tutub:
3. “Microsoft” - 104,9 milyard $
4. “Facebook” – 94,8 milyard $
5. “Amazon” - 70,9 milyard $
6. “Coca Cola” – 57,3 $
7. “Samsung” – 47,6 milyard $
8. “Disney” – 47,5 milyard $
9. “Toyota” – 44,7 milyard $
10. AT&T – 41,9 milyard $ “Forbes” “Canaccord Genuity” şirkətinin məlumatına istinadən yazır ki, 2017-ci ilin son rübündə “Samsung Electronics” rəqibi “Aplle”dan daha çox smartfon satıb. Lakin smartfon bazarındakı gəlirlərin 87%-ni “iPhone X” sayəsində məhz “Apple” əldə edib.
TOP-100 dünya brendlərinin ümumi dəyəri 2,15 trilyon dollara yaxındır. Reytinqin son sırasını 7,4 milyard dollarla KFC tutur. TOP-100-də olan ABŞ şirkətlərinin sayı son bir ildə 56-dan 54-ə enib.