Rusiya XİN sərhədin bağlanması ilə əlaqədar Estoniyaya etiraz edib

A- A A+

Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Marek Yuhtegi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Ona Rusiyaya qarşı irəli sürülən ittihamlarla və Estoniya hakimiyyətinin dekabrın 1-dən Rusiya-Estoniya sərhədindəki keçid məntəqələrini bağlamaq qərarı ilə əlaqədar etiraz bildirilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin bəyanatında deyilir.

Moskva, həmçinin Tallini Kiyevi dəstəkləməkdə və Ukraynaya məxsus pilotsuz aparatların uçuşu üçün öz hava məkanını təqdim etməkdə ittiham edib.

Bundan başqa, Estoniyanın Baltik dənizindəki hərəkətlərindən narahatlıq ifadə olunub. Rusiya XİN bəyan edib ki, Estoniya hakimiyyəti Rusiyaya məxsus yük gəmilərinin hərəkətinə mane olmağa çalışır. Həmçinin oktyabr ayında Rusiya və Belarus taxılının Estoniya ərazisindən tranzitinə qoyulmuş qadağa xatırladılıb.

Görüş zamanı Estoniya diplomatına bildirilib ki, Rusiya milli maraqlarını və xaricdəki vətəndaşlarının qanuni hüquqlarını qorumaq üçün kompleks siyasi-diplomatik tədbirlər görmək hüququnu özündə saxlayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: