“Lego” yenidən Portuqaliyanı seçdi

A- A A+

“Lego” şirkəti Portuqaliyada yeni zavodun tikintisinə 1 milyard avrodan çox investisiya yatıracaq. Bu, şirkətə Avropada məhsullarına artan tələbatı ödəməyə, eləcə də Yaxın Şərq və Afrika bazarlarında mövcudluğunu genişləndirməyə imkan verəcək.

NUHÇIXAN  xəbər verir ki, Danimarkanın “Lego” oyuncaq istehsalçısı bazar ertəsi Portuqaliyada səkkizinci, Avropada isə dördüncü zavodunu tikəcəyini açıqlayıb. Layihəyə 1 milyard avrodan çox investisiya yatırılacaq.

“Portuqaliyanın şimalında yerləşən Estarreja şəhərində yeni zavodun tikintisinə 1 milyard avrodan artıq vəsait yatıracağıq”, – deyə qrupun əməliyyatlar üzrə baş direktoru Karsten Rasmussen bildirib. Tikinti işlərinə 2027-ci ilin birinci yarısında başlanacaq.

“Portuqaliya istehsal aktivliyinin artdığı və həqiqətən yüksək ixtisaslı işçi qüvvəsinin olduğu ölkədir”, – deyə Karsten Rasmussen vurğulayıb.

Bu zavod həm də “Lego”nun müasir texnologiyalarla təchiz olunmuş ən qabaqcıl istehsal müəssisəsi olacaq. Belə ki, zavod şirkətin istehsal şəbəkəsində son dövrdə həyata keçirilən genişmiqyaslı modernləşdirmə işlərinin növbəti mərhələsi olacaq və 2025-ci ilin aprelində açılmış Vyetnamdakı yeni zavodu tamamlayacaq. plastik konstruksiya oyuncaqları istehsal edən nəhəng şirkət ABŞ-də yeni zavod və regional paylama mərkəzini 2027-ci ildə açacaq. Şirkət bu yaxınlarda Meksikadakı zavodunun istehsal gücünü 35 faiz artırmaq planlarını açıqlayıb, həmçinin Macarıstan və Çindəki müəssisələrini inkişaf etdirir.

“Lego” şirkəti 54 ölkədə fəaliyyət göstərir və dünya üzrə təxminən 34 min əməkdaşı var. Yeni zavodun regionda 1000-dən çox yeni iş yeri yaradacağı gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: