Kim Çen Inın bacısı İsveçrənin Pxenyandakı səfirliyinin bağlanmasını tələb edib

A- A A+

Koreya Xalq Demokratik Respublikası (KXDR) lideri Kim Çen Inın bacısı Kim Yo Conq İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin bağlanması məsələsinə baxılmasını təklif edib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Kim Yo Conqun Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) tərəfindən yayılan bəyanatında bildirilib.

O, İsveçrə hakimiyyətinin KXDR-ə qarşı atdığı addımları ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib.

Kim Yo Conq bildirib ki, Xarici İşlər Nazirliyinə İsveçrə diplomatik nümayəndəliyinin Pxenyandan çıxarılması məsələsini nəzərdən keçirməyi və müvafiq tədbirlər görməyi tövsiyə edəcək.

O, həmçinin iki ölkə arasındakı münasibətlərə yenidən baxılmasının vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: