Səudiyyə Ərəbistanı liqasında əcnəbi futbolçu limiti ləğv edilə bilər

A- A A+

Səudiyyə ərəbistanı Pro Liqasının rəhbərliyi klublarda çıxış edən əcnəbi futbolçuların sayı ilə bağlı qaydalarda əhəmiyyətli dəyişikliklər həyata keçirməyi planlaşdırır.

NUHÇIXAN "The Times" nəşrinə istinadən xəbər verir ki, sözügedən yenilik 2027/2028 mövsümündən etibarən tətbiq oluna bilər.

Müzakirə olunan variantlar arasında əcnəbi oyunçularla bağlı mövcud limitin bütünlüklə aradan qaldırılması da yer alır. Həmçinin icazə verilən legionerlərin sayının 14, 16 və ya 18 nəfərə çatdırılması seçimlər sırasındadır.

Bu islahatın başlıca hədəfi yerli futbolçuların inkişafına daha əlverişli şəraitin yaradılmasıdır.

Qurum Səudiyyə Ərəbistanı millisinin üzvlərinin karyeralarını xarici çempionatlarda davam etdirməsinə stimul yaratmağı, bununla yanaşı, maliyyə resursları nisbətən məhdud olan klublarda gənc yerli istedadlara daha geniş oyun imkanlarının təqdim edilməsini əsas məqsəd kimi müəyyənləşdirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: