Qazaxıstan-Qırğızıstan sərhəd-keçid məntəqələrində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

A- A A+

“Sıpatay Batır” (Qazaxıstan) və “Çaldıbar” (Qırğızıstan) sərhəd-keçid məntəqələrində bütün növ nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq.

NUHÇIXAN  Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, məhdudiyyətlər “Sıpatay Batır” sərhəd-keçid məntəqəsində müasir yoxlama və nəzarət kompleksinin tikintisi ilə bağlıdır. Noyabrın 25-də başlayacaq işlərin təxminən altı ay davam etməsi gözlənilir.

Piyadalar sərhədi keçməyə davam edəcəklər. Yükdaşıyıcılar isə alternativ keçid məntəqələrindən istifadə etməli olacaqlar.

Modernləşdirmə keçid məntəqəsinin tutumunu genişləndirmək, sərhədyanı ticarəti inkişaf etdirmək və iki ölkə arasında nəqliyyat-logistika əlaqələrinin səmərəliliyini artırmaq məqsədi daşıyır. 2025-ci ilin sonuna qədər “Sıpatay Batır” keçid məntəqəsindən 326,8 min nəqliyyat vasitəsi və 850 min nəfər keçib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: