“Benfika”nın futbolçusu PSJ-nin təklifini qəbul etməyib

A- A A+

“Benfika”nın yarımmüdafiəçisi Canluka Prestianni cari mövsümün sonunadək Portuqaliya klubunda qalmaq niyyətindədir.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Bildirilib ki, Fransa təmsilçisi PSJ zədələnən Dezire Due və Xviça Kvaratsxeliyanın əvəzinə argentinalı futbolçunu heyətinə qatmağı nəzərdən keçirib. Lakin 20 yaşlı vinger qış transfer pəncərəsində klubunu dəyişmək istəmədiyini “Benfika” rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, Prestianninin Lissabon klubu ilə müqaviləsinin müddəti 2031-ci ilədək uzadılıb.

“Transfermarkt” portalının məlumatına görə, Argentina millisinin diqqət mərkəzində olan futbolçunun hazırkı bazar dəyəri 40 milyon avro qiymətləndirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: