İran: Hörmüz boğazı Tehranın şərtlərinin yerinə yetiriləcəyi təqdirdə açılacaq

A- A A+

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf bildirib ki, Tehranın qoyduğu yeddi şərt yerinə yetirilməyincə, heç bir danışıqlardan söhbət gedə bilməz. O, ölkənin istənilən düşmənçilik hərəkətlərinə qətiyyətlə cavab verməyə tam hazır olduğunu vurğulayıb.

NUHÇIXAN rəsmi IRNA agentliyinə istinadla xəbər verir ki, noyabrın 24-də parlamentin açıq iclasında çıxış edən Qalibaf ABŞ Prezidentinin təhdid və təhqirlərinə baxmayaraq, İranın mövqeyinin aydın və dəyişməz qaldığını bildirib. O, İran xalqına qarşı təhdidlərin və iqtisadi təzyiqin Vaşinqtonun çarəsizliyinin əlamətləri olduğunu deyib.

Qalibaf əlavə edib ki, İran irəli sürdüyü yeddi şərt yerinə yetirilməyincə danışıqlara girməyəcək. O, təkrar hücumlar baş verərsə, İranın qəti cavab verməyə və döyüş meydanının coğrafi əhatə dairəsini genişləndirməyə hazır olduğu barədə xəbərdarlıq edib.

Noyabrın 24-də İran ordusunun baş komandanı general Əmir Hatəmi də oxşar bəyanatla çıxış edib. O, İranın milli maraqlarını qorumaq əzmini bir daha təkrarlayaraq, irəli sürülən yeddi şərtin qəbul edilməsinin Hörmüz boğazını yenidən açmağın yeganə yolu olduğunu bildirib. General Hatəmi “nə müharibə, nə də sülh” vəziyyətinə son qoymağın və təzyiq sanksiyalarının aradan qaldırılmasının zəruriliyini vurğulayıb. O, Hörmüz boğazını İranın güc strukturunun ayrılmaz bir hissəsi adlandırıb və qeyd edib ki, bunun sayəsində Amerikanın məğlubedilməzliyi mifi darmadağın edilib.

İran dəfələrlə bildirib ki, Vaşinqtonla danışıqların bərpasından əvvəl Tehranın yeddi şərti yerinə yetirilməlidir. Vasitəçilərlə çatdırılan tələblərə bütün cəbhələrdə hərbi əməliyyatlara son qoyulması, ABŞ sanksiyalarının və İran limanlarının dəniz blokadasının ləğvi, habelə dondurulmuş İran aktivlərinin azad edilməsi daxildir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: