Şimali Koreya İsveçrə diplomatını ölkədən çıxarır

A- A A+

Şimali Koreya İsveçrənin Pxenyandakı diplomatik nümayəndəliyinin əməkdaşını arzuolunmaz şəxs elan edərək 48 saat ərzində ölkəni tərk etməsini tələb edib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Qərara İsveçrənin Sondovon Beynəlxalq Uşaq Düşərgəsini sanksiya siyahısına daxil etməsi səbəb olub. Pxenyan bu addımı düşmənçilik hərəkəti kimi qiymətləndirib.

Məlumata görə, Şimali Koreya Xarici İşlər Nazirliyi İsveçrənin diplomatik nümayəndəsinə müvafiq nota təqdim edib.

Qeyd edək ki, İsveçrə diplomatik ofisi altı ildən artıq fasilədən sonra bu yaxınlarda Pxenyanda fəaliyyətini bərpa edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: