Baş nazir: Macarıstan Aİ-nin Ukraynaya 45 milyard avroluq kreditində iştirak etməyəcək

A- A A+

Macarıstan Avropa İttifaqının Ukraynaya ayırmağı planlaşdırdığı 45 milyard avro həcmində yeni kredit paketində iştirak etməyəcək.

NUHÇIXAN  xəbər verir ki, bunu Macarıstanın Baş naziri Peter Magyar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Baş nazir qeyd edib ki, Budapeşt Ukraynaya humanitar yardım və maliyyə dəstəyi göstərməkdə davam edir. Bununla belə, Macarıstanın büdcə vəziyyətini və kəsirin azaldılması zərurətini nəzərə alaraq, ölkə Avropa İttifaqının çoxillik büdcəsi ilə Ukraynanın maliyyələşdirilməsinin birbaşa əlaqələndirilməsini qəbul etmir.

Magyar əlavə edib ki, Ukraynaya maliyyə dəstəyi Aİ-yə üzv ölkələrin bir qrupu vasitəsilə də həyata keçirilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: