Yunanıstanda enerji qiymətlərinin artmasına etiraz olaraq ümumi tətil keçirilir

A- A A+

Yunanıstanda dövlət və özəl sektor işçiləri enerji qiymətlərinin artmasına etiraz olaraq 24 saatlıq ümumi tətil keçirirlər. Aksiyaya müəllimlər, səhiyyə və ictimai nəqliyyat işçiləri, eləcə də dənizçilər qoşulublar.

NUHÇIXAN  xəbər verir ki, bu barədə “ERT-News” telekanalı məlumat yayıb. Bildirilib ki, həmkarlar ittifaqları əməkhaqlarının artırılmasını, 13-cü və 14-cü maaşların, eləcə də pensiyaların bərpasını, həmçinin işçilərin gəlirlərinin qorunması üçün hökumətin təcili tədbirlər görməsini tələb edirlər.

Tətil səbəbindən Afinada metro və tramvayların hərəkətində məhdudiyyətlər tətbiq olunub. Dəniz nəqliyyatında isə əksər reyslərin ləğv ediləcəyi gözlənilir. Aviasiya sahəsində elan olunan tətil məhkəmə tərəfindən qanunsuz hesab edildiyindən uçuşlar adi qaydada həyata keçiriləcək.

Məlumata görə, ölkənin 60-dan çox şəhərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Həmkarlar ittifaqları, həmçinin təhsil və səhiyyə sahələrinə ayrılan vəsaitin artırılmasını, dövlət sektorunda yeni iş yerlərinin yaradılmasını və əmək şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Tətil çərçivəsində etiraz aksiyaları və mitinqlərin gün ərzində davam etdirilməsi nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: