İvan Perişiç UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb

A- A A+

Niderlandın PSV klubunun yarımmüdafiəçisi İvan Perişiç UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsində penaltidən qol vuran ən yaşlı futbolçudur.

NUHÇIXAN  "Opta"ya istinadən xəbər verir ki, oyunçu buna İspaniyada "Real"a qarşı keçirdikləri Liqa mərhələsinin V turunun matçında nail olub.

Xorvatiyalı futbolçu 37 yaş 295 günündə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib.

Perişiç həm də ÇL-də "Real"la qarşılaşmada fərqlənən ən yaşlı oyunçu kimi də tarixə düşüb.

Xatırladaq ki, PSV sözügedən görüşdə rəqibinə 1:5 hesabı ilə uduzub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: