Sudanın cənub-şərqində yerləşən əl-Nil əl-Əzraq (Mavi Nil) bölgəsində Çevik Dəstək Qüvvələri tərəfindən dron hücumu nəticəsində üç ailə həlak olub. Yerli mənbələrin məlumatına görə, 14 mülki şəxs ölüb, 15 nəfər isə yaralanıb.
NUHÇIXAN “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, Çevik Dəstək Qüvvələrinə məxsus kamikadze dronlar çərşənbə günü səhər saatlarında bölgənin inzibati mərkəzi olan Dəmazin şəhərində mülki obyektləri hədəfə alıb. Hücum nəticəsində üç ailənin üzvləri ölüb.
Mənbələr, həmçinin bildiriblər ki, Dəmazin şəhərinin şərqində yerləşən Rəsayris şəhəri də kamikadze dronların hücumuna məruz qalıb. Nəticədə mülki şəxslər arasında ölən və yaralananlar var. Məlumata görə, hücum zamanı bir sıra evlər yanıb, digərləri isə dağılıb.
