“Bavariya”dan Musiala ilə bağlı açıqlama: Bərpa müddətində futbolçuya hərtərəfli dəstək göstəriləcək
Almaniyanın “Bavariya” klubunun rəhbərliyi Camal Musialanın nümayəndələri ilə futbolçunun səhhəti və bərpa prosesi ilə bağlı konstruktiv danışıqlar aparıb.
NUHÇIXAN xəbər verir ki, Münxen təmsilçisi ilə yarımmüdafiəçinin hüquqlarını təmsil edən agentlik arasında baş tutan görüşdə Musialanın sağlamlığının hər iki tərəf üçün əsas prioritet olduğu vurğulanıb. Klub bərpa müddətində futbolçuya hərtərəfli dəstək göstəriləcəyini bildirib.
Son günlər yayılan müxtəlif məlumatlarla bağlı qeyd olunub ki, futbolçu ilk dəfə 2025-ci il aprelin 22-də absans tutmalarını xatırladan simptomlarla əlaqədar müayinədən keçib. Bu müayinə ilk nevroloji əlamətlər ortaya çıxdıqdan dərhal sonra klubun və tibbi heyətin razılığı ilə həyata keçirilib.
Tərəflər əməkdaşlıq və məxfiliyə riayət prinsipləri əsasında dialoqu davam etdirmək barədə razılığa gəliblər.
Qeyd edək ki, Camal Musialanın səhhəti ilə bağlı narahatlıqlar 2026-cı ilin avqustunda, “Bavariya”nın yoxlama oyunlarında iki dəfə huşunu itirməsindən sonra artıb. Almaniyalı futbolçu əvvəlcə “Leypsiq”, dörd gün sonra isə “Haydenhaym”la qarşılaşmada meydanda huşunu itirərək tibbi yardıma ehtiyac duyub. Daha sonra Musiala nevroloji pozuntu nəticəsində qısamüddətli huş itkisi epizodları yaşadığını açıqlayıb.
