Maka Boçorişvili: Azərbaycana səfərim ən yüksək səviyyədə keçdi

A- A A+

Gürcüstanın xarici işlər naziri kimi Azərbaycana rəsmi səfərim çərçivəsində Prezident, Baş nazir və parlamentin sədri ilə görüşmək imkanı əldə etdim. Bu da iki ölkə arasında yüksəksəviyyəli siyasi dialoqun qorunması üçün vacibdir.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycana səfərinin nəticələrini şərh edərkən bildirib.

O vurğulayıb ki, Gürcüstanla Azərbaycan arasındakı münasibətlər strateji xarakter daşıyır və çox ciddi məzmun ehtiva edir.

“Biz bir sıra istiqamətlərdə əməkdaşlıq edirik. Mütəmadi siyasi dialoqumuz, əməkdaşlığımız bugünkü geosiyasi kontekstdə çox ciddi əhəmiyyət daşıyır. Buna görə də bugünkü geosiyasi kontekstdə ölkələrimizin və regionumuzun əhəmiyyətini artırmaq üçün qonşu, dost Azərbaycan ilə gündəlik olaraq əməkdaşlığımızı davam etdiririk. İqtisadi istiqamətdə münasibətlər intensivdir, ölkələrimiz arasında müxtəlif sektorlarda əməkdaşlıq aktiv mərhələdədir ki, bu da çox vacib regional təsirə malikdir. Bu istiqamətdə əməkdaşlıq davam edəcək”, - deyə Boçorişvili əlavə edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: