Moldovada energetika sahəsində yüksək hazırlıq vəziyyəti elan edilib

A- A A+

Noyabrın 25-də Moldova hökuməti energetika sektorunda problemlər və yaxınlaşan qış səbəbindən bu sahədə 30 günlük yüksək hazırlıq vəziyyəti elan etmək qərarına gəlib.

NUHÇIXAN  bu barədə “European Pravda” qəzetinin “NewsMaker”ə istinadla yaydığı məlumata əsasən xəbər verir.

Hökumət qeyd edib ki, yüksək hazırlıq vəziyyətinin məqsədi soyuq qış mövsümündə elektrik enerjisi, istilik və neft məhsullarının fasiləsiz təchizatını təmin etməkdir.

Ölkənin enerji və hidroloji sektorlarında sentyabr ayında elan edilmiş 60 günlük fövqəladə vəziyyətinin müddəti başa çatır. Energetika sektorunda davam edən problemləri nəzərə alaraq, hökumət bu sahədə 30 günlük hazırlıq vəziyyəti elan etməyi təklif edib.

Qərara əsasən, təchizat təhlükəsizliyi üçün artan risk dövrlərində elektrik enerjisi ixracı məhdudlaşdırıla, habelə tibbi və sanitar müəssisələrə, təcili yardım xidmətlərinə, vacib infrastruktura fayda vermək üçün pik saatlarda elektrik enerjisi istehlakı azaldıla bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: