İssık-Kul gölünün qorunmasına 10 milyon dollar ayrılacaq

A- A A+

Qırğızıstan İssık-Kul gölünün qorunması üçün beynəlxalq etimad fondunun yaradılması məqsədilə dövlət büdcəsindən 10 milyon dollar ayıracaq.

NUHÇIXAN  Qırğızıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Sadır Japarov bu barədə BMT-nin Qırğızıstandakı rezident əlaqələndiricisi Brayan Vilyams ilə görüşdə məlumat verib.

Sadır Japarov gölün yalnız Qırğızıstan üçün milli sərvət deyil, həm də dünyanın təbii və ekoloji irsinin mühüm bir hissəsi olduğunu vurğulayıb.

Bu baxımdan, dövlət başçısı İssık-Kul gölünün qorunması üçün beynəlxalq etimad fondunun yaradılması məqsədilə milli büdcədən 10 milyon dollar ayrılması qərarını təsdiqləyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: