Şahzadə Uilyamın və Keytin malikanəsinə qanunsuz daxil olan iki nəfərə ittiham irəli sürülüb

A- A A+

Böyük Britaniyanın Norfolk qraflığında Uels şahzadəsi Uilyama və Keyt Middltona məxsus malikanəyə oğurluq məqsədilə qanunsuz daxil olmaqda şübhəli bilinən iki nəfərə ittiham irəli sürülüb.

NUHÇIXAN  xəbər verir ki, Norfolk polisinin məlumatına görə, noyabrın 24-də yerli vaxtla saat 18:00 radələrində “Anmer Hall” malikanəsində şübhəli fəaliyyət barədə məlumat daxil olduqdan sonra Londonda yaşayan 34 yaşlı Mirgen Doku və daimi yaşayış yeri olmayan 32 yaşlı Arilen Ndoçi saxlanılıblar.

Albaniya vətəndaşları olan hər iki şəxs yaşayış binasına oğurluq məqsədilə daxil olmaqda və mühafizə olunan əraziyə qanunsuz girişdə ittiham edilirlər. Onlar bu gün Norviç Magistrat Məhkəməsi qarşısına çıxarılacaqlar. Məlumata görə, hadisə zamanı kral ailəsinin heç bir üzvü malikanədə olmayıb.

Polis axtarış əməliyyatına helikopter, pilotsuz uçuş aparatları və xidməti itlərin cəlb edildiyini bildirib. Hadisə ilə bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, malikanə Norfolk qraflığındakı Sandrinqem mülkünün ərazisində, Kral III Çarlzın şəxsi iqamətgahlarından birinin yaxınlığında yerləşir. Malikanə Kraliça II Elizabet tərəfindən Uilyam və Keytə toy hədiyyəsi olaraq verilib. İqamətgahın ərazisində şəxsi üzgüçülük hovuzu, süni ot örtüklü tennis kortu və geniş yaşıllıq sahələri mövcuddur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: