Bu ilin üçüncü rübündə ABŞ iqtisadiyyatı 4,3 faiz böyüyüb. Bu göstərici proqnozları üstələyib.
NUHÇIXAN “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bununla da ölkədə iyul–sentyabr dövrünə aid Ümumi Daxili Məhsulda (ÜDM) 2023-cü ilin üçüncü rübündən bəri ən yüksək artım tempi qeydə alınıb.
Ötən ay dərc olunan ilkin məlumatlarda ABŞ iqtisadiyyatının üçüncü rübdə 3,4 faiz artacağı proqnozlaşdırılmışdı. Belə ki, ABŞ iqtisadiyyatında bu ilin birinci rübündə 2,5 faiz, ikinci rübündə isə 2,2 faiz artım qeydə almışdı.
Ölkə iqtisadiyyatının ilin üçüncü rübündəki böyüməsində investisiya, istehlakçı xərcləri və dövlət xərclərindəki artım təsirli olduğu halda, ixracdakı azalma bu artımı qismən məhdudlaşdırıb. Eyni dövrdə idxalda da artım müşahidə olunub.
Üçüncü rüb üzrə böyümə göstəricisində investisiya və istehlak xərcləri ilə bağlı müsbət dəyişikliklər həlledici rol oynayıb.
