Əraqçi İranın kimyəvi silah hazırlaması ilə bağlı İsrailin ittihamlarına münasibət bildirib

A- A A+

İsrail İranı kimyəvi silah hazırlamaqda və bu fəaliyyəti əczaçılıq zavodlarında gizlətməkdə ittiham etməklə ABŞ-ni rəsmi Tehrana qarşı yeni müharibəyə cəlb etməyə çalışır.

NUHÇIXAN xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bəyanatında bildirib.

"Məqsəd ABŞ-ni aldadaraq onun vasitəsilə yeni müharibəyə başlamaq və bununla da iranlı xəstələrin həyatını təhlükəyə atmaqdır", – bəyanatda bildirilib.

Əraqçinin sözlərinə görə, İsrail nüvə, kimyəvi və ya bioloji silahların qadağan edilməsinə dair heç bir konvensiyaya qoşulmayıb, regionun yeddi ölkəsinə hücum edib və onların üçünün ərazilərini işğal altında saxlayır.

"Yalnız son bir ildə İsrail ABŞ-ni İrana qarşı nəticəsiz qalan iki müharibəyə cəlb edib", – nazir vurğulayıb.

Qeyd edək ki, İsrailin müdafiə naziri İsrael Kats çərşənbə axşamı İranın kimyəvi silah hazırlamaq üzərində işlədiyini bəyan edib və buna imkan verməyəcəklərini bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: