Astana şəhərinin rəmzi obyektlərində qarşıdan gələn seçkilərlə bağlı məlumatlar nümayiş etdirilir - FOTOLAR

A- A A+

Astanada maslixat deputatlarının seçkiləri ərəfəsində əhalinin qarşıdan gələn səsvermə barədə məlumatlandırılması üçün şəhərin müxtəlif informasiya platformalarından istifadə olunur.

NUHÇIXAN  paytaxt administrasiyasının rəsmi saytına istinadla xəbər verir ki, seçkilərlə bağlı tematik görüntülər müşahidə çarxında, “Qazaxıstan Dəmir Yolları” milli şirkətinin binasının fasadında, Astana Beynəlxalq Aeroportunda, habelə şəhərin rəqəmsal ekranlarında nümayiş etdirilir.

Paytaxt sakinləri xüsusi internet saytı, “Telegram” botu və ya “iKOMEK” vahid əlaqə mərkəzi vasitəsilə öz seçki məntəqələrinin nömrəsini və ünvanını öyrənə bilərlər.

Xatırladaq ki, Qazaxıstanda maslixat deputatlarının seçkiləri noyabrın 29-da keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: